Aİ nümayəndəsi: "Azərbaycanda yaxşı kənd təsərrüfatı təcrübələrini tətbiq edirik"

Aİ nümayəndəsi: "Azərbaycanda yaxşı kənd təsərrüfatı təcrübələrini tətbiq edirik" "Koronavirus pandemiyası səbəbindən ilin əvvəlindən dünyada buğda, bitki yağı, gübrə çatışmazlığı ilə bağlı problemlər yaşanır".
ASK
24 May , 2022 11:06
Aİ nümayəndəsi: Azərbaycanda yaxşı kənd təsərrüfatı təcrübələrini tətbiq edirik
Peter Mixalko

"Koronavirus pandemiyası səbəbindən ilin əvvəlindən dünyada buğda, bitki yağı, gübrə çatışmazlığı ilə bağlı problemlər yaşanır".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda ilk dəfə keçirilən Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi Avropa İttifaqı üçün önəmlidir:

"Pandemiya göstərdi ki, xarici şoklara qarşı mübarizə dayanıqlı sistemlə mümkündür. Ticarət tərəfdaşları və pantyorlarımızla dayanıqlı sistemləri qurmaq niyyətindədidəyik. Azərbaycan bu cəhətdən gözəl nümunədir. Burada yaxşı kənd təsərrüfatı təcrübələrini tətbiq edirik".

P.Mixalko Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqına ixracının dəstəkləndiyini və gələcəkdə bu sayın artacağına ümid etdiyini deyib.

Son xəbərlər

Orphus sistemi