Aİ Quba və Xaçmazda həyata keçirdiyi pilot layihənin miqyasını artıra bilər

Aİ Quba və Xaçmazda həyata keçirdiyi pilot layihənin miqyasını artıra bilər Bunu təşkilatın yerli nümayəndəliyinin rəhbəri Kestudis Yankauskas bildirib
ASK
7 May , 2021 18:02
Aİ Quba və Xaçmazda həyata keçirdiyi pilot layihənin miqyasını artıra bilər

Avropa İttifaqı (Aİ) Azərbaycanda “Ağıllı kənd” məsələsinin gündəmdə olduğunu nəzərə alaraq bununla bağlı həyata keçirdiyi pilot layihənin miqyasını artıra bilər.

"Report” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestudis Yankauskas təmsil etdiyi qurumun Azərbaycanda regionların və kənd yerlərinin inkişafına dəstəyi layihəsi - “Kəndimiz” kampaniyası çərçivəsində keçiriləcək təqdimatda bildirib.

"Biz Quba və Xaçmazda konkret məhsul növləri - alma və pomidorun yığımını peykdən çəkilmiş təsvir hesabına proqnozlaşdırmağa imkan verən pilot layihə həyata keçirmişik. Yəni, bu layihə “Ağıllı kənd” məsələsinin bir növ davamıdır. Düşünürük ki, layihənin əhatə etdiyi rayonların və məhsulların sayını artıra və bununla da, onun miqyasını genişləndirə bilərik", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi