Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 65 milyon manat kredit verib

Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 65 milyon manat kredit verib Bu ilin yanvar-noyabr aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə aqrar sektora ayrılan kredit və güzəştlərdən 5 623 fermer və sahibkar faydalanıb.
ASK
30 Noyabr , 2020 12:48
Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 65 milyon manat kredit verib

Bu ilin yanvar-noyabr aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə aqrar sektora ayrılan kredit və güzəştlərdən 5 623 fermer və sahibkar faydalanıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, 11 ay ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 65,4 milyon manat kredit ayırıb. Bunun 20,6 milyon manatı mikrokreditlərdir və onlardan 2 200-dən çox fermer faydalanıb.

Qalan vəsaitin 11,4 milyon manatı digər təyinatlı kreditlər, 33,4 milyon manatı aqrar texnika və damazlıq heyvanların güzəştli şərtlərlə maliyyələşdirilməsinə ayrılan kreditlərdir.

AKİA-nın vəsaitləri hesabına mikrokreditlər illik 12%-lə, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər illik 7%-lə verilir. İstehsalçıların aldıqları damazlıq heyvanın qiymətinin 60%-ni, texnikanın qiymətinin isə 40%-ni dövlət ödəyir.

Hesabat dövründə fermerlərin texnika və damazlıq heyvan almasına 75,7 milyon manat subsidiya verilib.

Son xəbərlər

Orphus sistemi