Bu ilin yanvar-oktyabr aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 3 360 fiziki və hüquqi şəxsə 63,4 milyon manat güzəştli kredit verilib.
“Report” nazirliyə istinadən xəbər verir ki, bunun 48,3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 15,1 milyon manatı isə digər təyinatlı, əsasən mikrokreditlərdir.
Bundan başqa, 10 ay ərzində AKİA 5 208 baş damazlıq heyvanın (4410 baş iribuynuzlu, 798 baş xırdabuynuzlu) alışı üçün 15,2 milyon manat güzəşt vəsaiti ayırıb.