2022-ci ilin yanvar-sentyabr ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərənlərə 51,7 milyon manat məbləğində güzəştli kredit verilib.
Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, bu həcmdə güzəştli kredit 3 237 fiziki və hüquqi şəxsə verilib.