Aqrar Sığorta Fondu 400 min hektar əkin ərazisi sığortalayıb

Aqrar Sığorta Fondu 400 min hektar əkin ərazisi sığortalayıb İndiyə qədər Aqrar Sığorta Fondu 400 min hektar əkin ərazisi sığortalayıb.
ASK
12 İyun , 2023 16:35
Aqrar Sığorta Fondu 400 min hektar əkin ərazisi sığortalayıb

İndiyə qədər Aqrar Sığorta Fondu 400 min hektar əkin ərazisi sığortalayıb.

“Report” Fonda istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.

Onun sözlərinə görə, 5 ay ərzində bunun 80 000 hektarına müxtəlif dərəcədə ziyanlar dəyib: “İlin əvvəlindən hadisələr barədə 700-dən çox müraciət daxil olub. Müstəqil ekspertlərimiz hazırda zərərlərin qiymətləndirilməsi məqsədilə bölgələrdə səfərdədirlər. Qiymətləndirmə işi yekunlaşandan sonra sığortalı fermerlərimizə dəymiş zərərlər tam şəkildə ödəniləcək".

"Açıq səma altında bir istehsalı təbiət hadisələrindən qorumaq mümkün deyil. Ciddi bir hadisə zamanı fermerlər nəinki gözlədikləri gəlirləri, yatırımlarını da itirirlər. Bu hallarda onlara dəstək olmaq, fermerlərin investisiya və qazanclarının etibarlı qorunması məqsədilə dövlətin yaratdığı aqrar sığorta fermerlərin xidmətindədir", - deyə sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi