Aqrar Sığorta Fondu I yarımildə 458 milyon manatlıq sığorta təminatı verib

Aqrar Sığorta Fondu I yarımildə 458 milyon manatlıq sığorta təminatı verib Bu ilin I yarısında Aqrar Sığorta Fondu 326 min hektar əkin sahəsinin və 4 506 ədəd kənd təsərrüfatı heyvanının sığortalanmasına dair müqavilələr bağlayıb.
ASK
26 İyul , 2023 15:37
Aqrar Sığorta Fondu I yarımildə 458 milyon manatlıq sığorta təminatı verib

Bu ilin I yarısında Aqrar Sığorta Fondu 326 min hektar əkin sahəsinin və 4 506 ədəd kənd təsərrüfatı heyvanının sığortalanmasına dair müqavilələr bağlayıb.

"Report" Fonda istinadən xəbər verir ki, bu müqavilələr üzrə müvafiq olaraq 437 milyon manatlıq və 20,6 milyon manatlıq, ümumilikdə isə 457,6 milyon manatlıq sığorta təminatı verilib.

Ən çox sığortalanan əkinlər buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik və üzüm sahələri, eləcə də meyvə bağlarıdır. Hesabat dövründə əkin sahələrinin sığortası üzrə 11 milyon manat sığorta haqqı yığılıb.

Qanunvericiliyə əsasən, fermerlərə dövlət dəstəyi məqsədilə sığorta haqlarının 50 %-i dövlət tərəfindən ödənilir. Buna uyğun olaraq əkin sahələri üzrə sığorta haqlarının yarısını - 5,5 milyon manatını fermerlər, qalanını isə fermerlərə dəstək üçün dövlət ödəyib.

Sığortalanan heyvanlara gəlincə isə, onlardan 4 010-u iri buynuzlu (inək və camışlar), 496-sı isə xırda buynuzlu (qoyunlar) heyvanlardır. Heyvandarlıq sığortası üzrə 2,154 milyon manat sığorta haqqı toplanılıb. Bu vəsaitin də yarısını, yəni 1,077 milyon manatını fermerlər, qalanını isə fermerlərə dəstək məqsədilə dövlət ödəyib.

Son xəbərlər

Orphus sistemi