Aqrar Sığorta Fondu ötən il 11 milyon manat sığorta haqqı yığıb

Aqrar Sığorta Fondu ötən il 11 milyon manat sığorta haqqı yığıb 2021-ci ildə Aqrar Sığorta Fondu idarəedicici təşkilatı – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC vasitəsilə təxminən 11 milyon manat sığorta haqqı yığıb.
ASK
18 Yanvar , 2022 17:08
Aqrar Sığorta Fondu ötən il 11 milyon manat sığorta haqqı yığıb

2021-ci ildə Aqrar Sığorta Fondu idarəedici təşkilatı – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC vasitəsilə təxminən 11 milyon manat sığorta haqqı yığıb.

“Report” Fonda istinadən xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinov məlumat verib.

Onun sözlərinə görə, hazırda aqrar sığorta mexanizmi fermer və sahibkarlara 48 sığorta məhsul təqdim edir və 29 risk üzrə təminat verir. Cəmi bir il əvvəl işə düşməsinə baxmayaraq aqrar sığorta mexanizmi ölkədə 350 min hektara yaxın əkin sahəsini və yaxud ümumi əkin sahələrinin 19%-ni əhatə edib.

Son xəbərlər

Orphus sistemi