Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun nizamnaməsinə dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov əmr imzalayıb.
Əmrə əsasən, Fondun nizamnamə kapitalı 9 dəfə artırılaraq 1 milyon manatdan 9 milyon manata çatdırılıb.
Maliyyə Nazirliyi artımı təmin etmək üçün bu ilin dövlət büdcəsindən 4 milyon manat vəsait ayırmalı, eləcə də Fondun xeyrinə 5 il müddətinə 4 milyon manat məbləğində sadə, faizsiz, şərtli veksel verməlidir. Fondun likvidlik riski olduqda, qurumun Himayəçilik Şurasının qərarı əsasında veksel üzrə müvafiq məbləğdə ödənişi həyata keçirilməlidir.