Aqrar sığortada uzunmüddətli müqavilədə sığorta haqqı azalır

Aqrar sığortada uzunmüddətli müqavilədə sığorta haqqı azalır Sığorta müqaviləsini 1-3 illik müddətə bağlamaq mümkündür
ASK
29 Mart , 2021 16:11
Aqrar sığortada uzunmüddətli müqavilədə sığorta haqqı azalır

Azərbaycanda ilk dəfə olaraq tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə mal-qaranın sığortası prosesi davam edir.

"Report" xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hazırda aqrar sığorta vasitəsilə 1-7 yaşlı südlük inəkləri sığortalamaq mümkündür. Aqrar sığorta şərtlərinə əsasən, inəklərin sığortası üzrə iki sığorta zərfi mövcuddur. Bunlar baza risklərini əhatə edən 1-ci və daha geniş riskləri əhatə edən 2-ci sığorta zərfləridir.

Sığorta müqaviləsini 1-3 illik müddətə bağlamaq mümkündür. Müqavilənin müddəti artdıqca, illik sığorta tarifi və sığorta haqqı aşağı düşür.

Birinci sığorta zərfinə aşağıdakı risklər aiddir:

  • yoluxucu xəstəliklər nəticəsində heyvanın ölümü;
  • ilan və ya həşarat sancması nəticəsində heyvanın ölümü;
  • zəhərli otlar və ya yemlərdən zəhərlənmə nəticəsində heyvanın ölümü;
  • təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu) nəticəsində heyvanın ölümü;
  • yanğın nəticəsində heyvanın ölümü;
  • vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü;
  • sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində baytarın müvafiq rəyi əsasında heyvanın məcburi kəsimi.

Heyvanların bu risklərdən sığortalanması üzrə sığorta tarifləri belədir:

Şərtsiz azadolma məbləği

10%

20%

1 illik

6.1%

5.4%

2 illik

11.8%

10.5%

3 illik

17.2%

15.2%

Daha sadə desək, qiyməti 5 000 manat olan inək baza sığorta zərfi (6,1%) ilə sığortalananda

1 illik müqavilədə - illik sığorta haqqı 305 manat, fermerin ödədiyi məbləğ 162,5 manat,

2 illik müqavilədə - illik sığorta haqqı 295 manat, fermerin ödədiyi məbləğ 147,5 manat,

3 illik müqavilədə - illik sığorta haqqı 287 manat, fermerin ödədiyi məbləğ 143,5 manat təşkil edir.

İnəklərin sığortalanması üçün 2-ci sığopta zərfi isə yuxarıda göstərilənlərdən əlavə olaraq aşağıdakı riskləri əhatə edir:

  • üçüncü şəxslərin hərəkətləri nəticəsində heyvanın ölümü, o cümlədən:
  • heyvanın daşınması zamanı yol nəqliyyat hadisəsi nəticəsində ölümü;
  • sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində heyvanın elektrik cərəyanına məruz qalması səbəbindən ölümü;
  • sığorta müqaviləsinin qüvvədə olduğu ərazidə heyvanın nəqliyyat vasitəsi tərəfindən vurulması nəticəsində ölümü;
  • heyvana qulluq zamanı üçüncü şəxslər tərəfindən kimyəvi maddələrin təsirilə zəhərlənməsi nəticəsində heyvanın ölümü;
  • mülkiyyət əleyhinə olan hüquq pozuntusu (heyvanın sığorta müqaviləsində göstərilən saxlanıldığı yerdən oğurluq, soyğunçuluq və s. yol ilə əldə edilməsi) və s.

Başqa sözlə, daha geniş riskləri əhatə edən ikinci paket üzrə sığorta tarifləri aşağıdakı kimidir:

Şərtsiz azadolma məbləği

10%

20%

1 illik

9.5%

8.3%

2 illik

18.4%

16.1%

3 illik

26.8%

23.4%

Sadə şəkildə desək, 5000 manatlıq inək daha geniş sığorta zərfi (sığorta haqqı 9,5%)ilə sığortalananda

1 illik müqavilədə illik ümumi sığorta haqqı 475 manat, fermerin ödədiyi məbləğ 237,5 manat,

2 illik müqavilədə illik sığorta haqqı 460 manat, fermerin ödədiyi məbləğ 230 manat,

3 illik müqavilədə illik sığorta haqqı 446 manat, fermerin ödədiyi məbləğ 223 manat təşkil edir.

Qeyd edək ki, hazırda qanunvericiliyə dəyişikliklər üzərində təkliflər hazırlanır və qarşıdakı aylarda ətlik mal-qaranın, eləcə də xırdabuynuzlu heyvanların – qoyunların və keçilərin də sığortalanmasına başlanılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi