Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC regional nümayəndəliklər və onların rayon bölmələrində yanğın təhlükəsizlik sistemlərinin cari təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Fire Safety and Security Systems" MMC-dir.
Qalib şirkətə 1,416 milyon manat ödəniləcək.