Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 437 ton qarğıdalı idxal edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə qarğıdalının dəyəri 8,8 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə qarğıdalının idxalı ölkənin ümumi idxalındakı payın 0,2 %-i olub.