Azərbaycan dünya şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edə bilər

Azərbaycan dünya şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edə bilər "Şərabçılıq iqtisadi inkişafa töhfə verəcək və ölkənin turizm potensialının daha da artırılmasına kömək edəcək uğurun tərkib hissəsidir".
ASK
2 Dekabr , 2023 17:01
Azərbaycan dünya şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edə bilər
Xose Antonio

Azərbaycan dünya şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edə biləcək potensiala sahibdir.

"Report" xəbər verir ki, bu fikirləri Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) prezidenti Xose Antonio Vidal Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə "Azərbaycanda şərab turizminin inkişaf perspektivləri" mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bölgənin zəngin tarixi, yerli torpaq ərazilərin xüsusiyyəti və burada istehsal olunan şərabların orijinallığı bütün dünyadan turistlərin cəlb edilməsini dəstəkləyəcək:

"Şərabçılıq iqtisadi inkişafa töhfə verəcək və ölkənin turizm potensialının daha da artırılmasına kömək edəcək uğurun tərkib hissəsidir".

Son xəbərlər

Orphus sistemi