Bu ilin yanvar-aprel aylarında Azərbaycan 14,9 milyon ABŞ dolları dəyərində 20 min 860 ton düyü idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 770 min ABŞ dolları (5,4 %) çox və 431,7 ton (2,02 %) azdır.
Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,42 %-ini təşkil edib.