Bu ilin yanvar-iyul aylarında Azərbaycan 37 milyon 920 min ABŞ dollar dəyərində 22 141 ton ət idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 13,361 milyon ABŞ dolları (26 %) və 6534 ton (22,7 % ) azdır.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,87 %-ini təşkil edib.