Azərbaycan aqro şəhərciklərin salınması sahəsində Belarusun təcrübəsini öyrənməyə hazırdır

Azərbaycan aqro şəhərciklərin salınması sahəsində Belarusun təcrübəsini öyrənməyə hazırdır Azərbaycan kənd təsərrüfatı şəhərciklərinin salınması sahəsində Belarusun təcrübəsini öyrənməyə hazırdır.
ASK
15 May , 2024 13:06
Azərbaycan aqro şəhərciklərin salınması sahəsində Belarusun təcrübəsini öyrənməyə hazırdır

Azərbaycan kənd təsərrüfatı şəhərciklərinin salınması sahəsində Belarusun təcrübəsini öyrənməyə hazırdır.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoşun işgüzar səfəri çərçivəsində Bakıda kənd təsərrüfatı idarələrinin nazirləri səviyyəsində görüş keçirilib: “Tərəflər ticari-iqtisadi əməkdaşlığın inkişafı, Belarusun kənd təsərrüfatı şəhərciklərinin tikintisi üzrə təcrübəsinin öyrənilməsi, heyvandarlıq sahəsində qarşılıqlı fəaliyyət, baytarlıq preparatlarının tədarükünün artırılması perspektivlərinin işlənib hazırlanması, habelə bu istiqamətdə birgə istehsalın yaradılması barədə razılığa gəliblər. Bundan əlavə, kənd təsərrüfatı təhsili sahəsində əməkdaşlıqdan danışılıb”.

Qeyd edilib ki, Azərbaycan nümayəndə heyəti iyunun 4-dən 9-dək Minskdə keçiriləcək “Belaqro” sərgisi çərçivəsində Belarusa səfər edəcək.

Son xəbərlər

Orphus sistemi