Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 73,3 min ABŞ dolları dəyərində 14,9 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,7 min dollar (15,25 %) və 2,4 ton (10,5 %) çoxdur.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,8 %-ni təşkil edib.