Azərbaycan kərə yağı idxalını 5 %-dək artırıb

Azərbaycan kərə yağı idxalını 5 %-dək artırıb Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,77 %-ni təşkil edib
ASK
18 May , 2021 13:23
Azərbaycan kərə yağı idxalını 5 %-dək artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 27,150 milyon ABŞ dolları dəyərində 5 600 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 389,6 min ABŞ dolları (1,45 % ) və 247 min ton (4,6 %) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,77 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi