Bu ilin yanvar-iyul aylarında Azərbaycan 359,58 milyon ABŞ dolları dəyərində 353,5 min ton meyvə-tərəvəz ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,24 milyon ABŞ dolları (4,1%) və 8,4 min ton (2,4%) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 3,94%-ni təşkil edib.