Bu ilin yanvar-iyul aylarında Azərbaycan 20,8 milyon ABŞ dolları dəyərində 40 min ton şəkər ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 dəfə və 75,4 % çoxdur.
Hesabat dövründə şəkər ixracı Azərbaycanın ümumi ixracının 0,1 %-ni təşkil edib.