“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Aqro” MMC-nin nizamnamə kapitalı 2 412 manat və yaxud 0,4% artırılıb.
“Report” xəbər verir ki, şirkətin kapitalı 642 594 manatdan 645 006 çatdırılıb.
Xatırladaq ki, ASK sözügedən şirkəti 2018-ci ildə, "ASK Heyvandarlıq" adı ilə yaradıb, ötən il rebrendinq edib. Kommersiya qurumu Şəki rayonunun Orta Zəyzid kəndində fəaliyyət göstərir, südçülük və maldarlıq üzrə damazlıq təsərrüfatıdır.