Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1 848 min ABŞ dolları dəyərində 1 214 ton süd idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,26 min ABŞ dolları (0,3 %) çox və 23,62 min ton (1,91 %) azdır.
Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,11 %-ni təşkil edib.