Azərbaycan Türkiyədən buğda toxumu almaq istəyir

Azərbaycan Türkiyədən buğda toxumu almaq istəyir Azərbaycan Türkiyədən buğda, arpa və digər dənli bitkilər üzrə yüksək sortlu, quraqlığa davamlı toxum almaq istəyir.
ASK
9 İyun , 2022 11:29
Azərbaycan Türkiyədən buğda toxumu almaq istəyir

Azərbaycan Türkiyədən buğda, arpa və digər dənli bitkilər üzrə yüksək sortlu, quraqlığa davamlı toxum almaq istəyir.

Bunu “Report”a Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindəki mənbə bildirib.

Qeyd edilib ki, hazırda bu istiqamətdə alınacaq buğda toxumunun həcmi ilə bağlı Azərbaycanın özəl şirkəti ilə danışıqlar aparılır: “Belə ki, Türkiyədən alınan toxum sortları Azərbaycanda əkiləcək. Türkiyənin dənli bitki sortları daha məhsuldardır və daha quraqlığa davamlıdır. Əgər həmin sortlar Azərbaycan torpağına uyğunlaşsa, bu halda daha geniş ərazilərdə əkilməsi planlaşdırılır”.

Qeyd edək ki, Azərbaycan buğda toxumunu əsasən Rusiya və Qazaxıstandan alır.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanın buğda toxumuna tələbatı 114,5 min ton olub. Bunun isə 77 min tonu yerli istehsal, 6,5 min tonu isə idxal hesabına ödənilib. Son nəticədə təxminən 31 min toxuma əlavə ehtiyac yaranıb.

Arpa toxumu çatışmazlığı isə daha böyük olub. Ötən il bu toxuma tələbat 67,3 min ton təşkil edib ki, bunun da 24,7 min tonu yerli istehsal, 1,6 min tonu isə idxal hesabına təmin edilib. Son nəticədə 41 min ton toxuma əlavə ehtiyac yaranıb.

Son xəbərlər

Orphus sistemi