Azərbaycan Ukraynadan kartof idxal edən ölkələr arasında ikinci olub

Azərbaycan Ukraynadan kartof idxal edən ölkələr arasında ikinci olub Ukrayna ötən il ixrac etdiyi kartofun böyük hissəsini Belarusa (3,2 milyon ABŞ dolları), Azərbaycana (602,91 min dollar) və Moldovaya (282,4 min dollar) satıb.
ASK
4 Yanvar , 2022 08:43
Azərbaycan Ukraynadan kartof idxal edən ölkələr arasında ikinci olub

Ukrayna ötən il ixrac etdiyi kartofun böyük hissəsini Belarusa (3,2 milyon ABŞ dolları), Azərbaycana (602,91 min ABŞ dolları) və Moldovaya (282,4 min dollar) satıb.

“Report” xəbər verir ki, bu barədə UNN agentliyi Ukraynanın Dövlət Gömrük Xidmətinə istinadən məlumat yayıb.

Qeyd edir ki, Ukrayna il ərzində kartof idxalını 30 %-ə qədər azaldıb.

2021-ci ildə ölkənin kartof idxalı 42,25 milyon dollara çatıb ki, bu da 2020-ci ilin maliyyəsi ilə müqayisədə üç dəfə azdır.

2020-ci ilin eyni dövründə kartof idxalı 62,72 milyon dollar təşkil edib və artıq 2021-ci ildə 32,64% azalıb.

Son xəbərlər

Orphus sistemi