Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 5 722, milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,6% artaraq 2 923,1 milyon manat olub, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 2 799 milyon manat olub.