Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 mlrd 447,4 mln manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,6 % artaraq 104 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,3 % artaraq 1 mlrd 343,4 mln manat olub.