Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 milyard 340 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.
Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 1,3 % artaraq 76 milyon manat, heyvandarlıq məhsulların dəyəri isə 3,5 % artaraq 1 milyard 264 min manat təşkil edib.
I rübdə ölkədə diri çəkidə 138,3 min ton ət, 501,4 min ton süd, 543,5 milyon ədəd yumurta və 94 min ton tərəvəz istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3 %, süd istehsalı 1,7 %, yumurta istehsalı 14 %, tərəvəz istehsalı isə 0,1 % artıb.