Bu il yanvar-noyabr aylarında Azərbaycanda 8 milyard 612,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 4,8 % artaraq 4 milyard 379,5 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,8 % artaraq 4 milyard 232,6 milyon manat təşkil edib.