Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildən pambıq, şəkər çuğunduru, soya və tütün bitkiləri üzrə yalnız məhsul subsidiyası veriləcək.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu ildən soya üzrə əkin subsidiyası ləğv edilərək, yalnız məhsul subsidiyasına keçilir. Qarğıdalı və günəbaxan üzrə isə həm əkin, həm də məhsul subsidiyası veriləcək.
2025-ci ildən pambıq, şəkər çuğunduru, tütün və soya üzrə məhsul subsidiyaları müasir suvarma sistemlərinin tətbiqi baxımından fərqləndirilib. Məhsul subsidiyasının məbləğləri aşağıdakı kimi müəyyən edilib:
Bitki növləri |
Məhsul əmsalı |
Məhsul subsidiyası (manat/ton) |
Pambıq: |
||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri |
1,05 |
210 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri |
0,975 |
195 |
Tütün: |
||
Virciniya sortu, yaş |
||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri |
0,18 |
36 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri |
0,17 |
34 |
digərləri: |
||
Quru |
||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri |
1,1 |
220 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri |
1,0 |
200 |
Yaş |
||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri |
0,11 |
22 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri |
0,1 |
20 |
Şəkər çuğunduru: |
||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri |
0,095 |
19 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri |
0,09 |
18 |
Soya: |
||
müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri |
0,6 |
120 |
müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri |
0,5 |
100 |
Qarğıdalı |
0,25 |
50 |
Günəbaxan |
0,25 |
50 |
Buğda |
0,5 |
100 |
Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax, Zərdab rayonlarına və Naftalan şəhərinə şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Qubadlı, Şəki, Tovuz, Yardımlı, Zaqatala və Zəngilan rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Qarğıdalı üzrə məhsul əmsalı qarğıdalıdan qarğıdalı yağı, nişasta, qlükoza və fruktoza istehsal edən müəssələrə təhvil verilən qarğıdalıya şamil edilir, digər hallarda 0-a bərabər qəbul edilir.
Buğda üzrə məhsul əmsalı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilsin, digər hallarda 0-a bərabər qəbul edilir.
2025-ci il üzrə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum və tinglər üzrə kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadəsində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib. 2025-ci ildən alma, armud, gilas, nar, fındıq, üzüm, çay, badam, püstə, şaftalı, nektarin, ərik, xurma (xirnik), zeytun tingləri ilə yanaşı, limon, kinkan, naringi, portağal, qoz və şabalıd tinglərinin istehsalı və satışına görə də toxum subsidiyası veriləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən ərzaqlıq buğda üzrə məhsul subsidiyasının verilməsi və qiymət fərqinin kompensasiyası üzrə dəstək 2024-cü ildə də davam etdirilir
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının 5-ci hissəsinə müvafiq olaraq 2024-cü ildə məhsulun təhvil verilmə dövründə hər ay üzrə təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyasının məbləği, Aqrar Subsidiya Şurasının bitkiçilik sahəsində 2024-cü il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair 2023-cü il 24 avqust tarixli qərarı ilə müəyyən edilmiş məhsul subsidiyasının məbləği (100 man./ton) ilə Azərbaycan Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli 351s nömrəli Sərəncamı ilə müəyyən edilmiş ərzaqlıq buğdanın dövlət tədarük qiyməti (400 manat/ton) ilə Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən hər ay üçün elan edilən ərzaqlıq buğdanın idxal qiymətinin orta statistik göstəricisi arasındakı fərqin (orta idxal statistik göstərici dövlət tədarük qiymətindən aşağı olduqda) cəmi kimi müəyyən edilib.