Azərbaycanda FAO-nun dəstəyi ilə yeni kartof sortları yaradılıb

Azərbaycanda FAO-nun dəstəyi ilə yeni kartof sortları yaradılıb BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Tərəfdaşlıq Proqramı üzrə icra edilən “Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması” layihəsi çərçivəsində yeni kartof sortları yaradılıb.
ASK
1 Fevral , 2022 16:40
Azərbaycanda FAO-nun dəstəyi ilə yeni kartof sortları yaradılıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Tərəfdaşlıq Proqramı üzrə icra edilən “Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması” layihəsi çərçivəsində yeni kartof sortları yaradılıb.

Bu barədə “Report”a FAO-nun Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda baş tutan təqdimatın əsas məqsədi toxumluq kartof istehsalı, məhsulların tanıdılması və satışında maraqlı olan potensial toxum şirkətləri və fermerləri bir araya gətirmək olub. Tədbirin iştirakçılarına layihə çərçivəsində görülmüş işlər barədə məlumatlar verilib və İnstitutun biotexnologiya laboratoriyasında aparılan təqdiqatlar və istixanada yetişdirilmiş yeni kartof sortları təqdim olunub.

Son xəbərlər

Orphus sistemi