Azərbaycanda heyvanların identifikasiya və qeydiyyatı sistemi yaradılacaq.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, burda heyvanların xəstəliklərinin hamısı öz əksini tapacaq: "Müəyyən məhsullar üzərində QR kodlar olur. Bu şəkildə heyvanların identifikasiya kodlarında bütün heyvan xəstəlikləri öz əksini tapacaq".
"Aqrar sahədə görülən işlərin əsas məqsədi fermerlərin rəqabət qabiliyyətinin artırılmasıdır. Bu gün ölkədə özəl baytarlığa keçid bunun bariz nümunəsidir", - kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda özəl baytarlığa keçidlə bağlı keçirilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, bu gün ölkədə özəl baytarlıq xidmətinə keçidə başlanılır:
"Bu baytarlar üçün xüsusi əhəmiyyət daşıyır. Bununla da daha keyfiyyətli baytarlığa keçid təmin ediləcək. Özəl baytarlıga keçid dövlət büdcəsindən maliyyələşən 1 600 baytarları əhatə edir. Bu da baytarlıq xidmətinin rəqabətqabiliyətini artıracaq. Nəticədə həm mütəxəssislər, həm də fermerlər bu islahatlardan faydalanacaq. Bu islahatların həyata keçirilməsi nazirlik FAO -nun Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıq ediblər. Özəl baytarlığa keçid daha keyfiyyətli baytarlığın təşkilinə imkan verəcək".