2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322,3 min ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib, məhsuldarlıq göstəricisi 2,42 sentner artıb.
Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də tarlalardan 35 259 ton daha çox məhsul yığılıb.
Ümumilikdə başa çatmış mövsümdə məhsul yığımı prosesinə ümumilikdə 447 kombayn və 3 085 traktor yedəyi cəlb olunub. Dövlət dəstəyinin genişləndirilıməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.