Azərbaycandakı aqrar sığorta mexanizminin digər türkdilli dövlətlərdə tətbiqi planlaşdırılır

Azərbaycandakı aqrar sığorta mexanizminin digər türkdilli dövlətlərdə tətbiqi planlaşdırılır Azərbaycan Aqrar Sığorta Fondu Türkiyənin Kənd Təsərrüfatı Sığorta Birliyi (TARSİM) ilə birlikdə dövlət- özəl sektor əməkdaşlığı üzərində qurulan və hovuz sistemi prinsipi ilə çalışan aqrar sığorta mexanizminin digər türkdilli dövlətlərdə tətbiq edilməsin
ASK
17 Fevral , 2022 17:20
Azərbaycandakı aqrar sığorta mexanizminin digər türkdilli dövlətlərdə tətbiqi planlaşdırılır

Azərbaycan Aqrar Sığorta Fondu Türkiyənin Kənd Təsərrüfatı Sığorta Birliyi (TARSİM) ilə birlikdə dövlət- özəl sektor əməkdaşlığı üzərində qurulan və hovuz sistemi prinsipi ilə çalışan aqrar sığorta mexanizminin digər türkdilli dövlətlərdə tətbiq edilməsini planlaşdırır.

Bu barədə "Report"a Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.

"Artıq Türkiyənin Özbəkistan Respublikası ilə aqrar sığorta sahəsində müəyyən razılaşmaları əldə olunub. Həmin razılaşma əsasında Azərbaycanda tətbiq edilən modelin eynisinin Özbəkistanda yaradılması üzərində müzakirələr gedir. Bunlar hazırda ikitərəfli müzakirələrdir və növbəti dövrdə üçtərəfli müzakirə formatına keçiləcək. Əsas məqsəd Azərbaycanda tətbiq edilən mexanizmi digər türkdilli dövlətlərdə də tətbiq etmək və Azərbaycandakı modelin daha da uğurlu olması üçün atılacaq addımların müzakirəsidir", - F. Sadıqov deyib.

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta sistemini tətbiqi məqsədilə 2019-cu ildə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci ilin fevral ayında Azərbaycanın Aqrar Sığorta Fondu və TARSİM arasında iki ölkənin aqrar sığorta sahəsində qarşılıqlı əməkdaşlığını nəzərdə tutan Niyyət Bəyannaməsi imzalanıb. Həmin ilin noyabr ayından Azərbaycanda Türkiyənin bütün dünyada məşhur olan TARSİM modeli əsasında dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə başlanılıb.

2021-ci ildə Aqrar Sığorta Fondu idarəedici təşkilatı – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC vasitəsilə təxminən 11 milyon manat sığorta haqqı yığıb. Hazırda aqrar sığorta mexanizmi fermer və sahibkarlara 48 sığorta məhsul təqdim edir və 29 risk üzrə təminat verir. Cəmi bir il əvvəl işə düşməsinə baxmayaraq aqrar sığorta mexanizmi ölkədə 350 min hektara yaxın əkin sahəsini və yaxud ümumi əkin sahələrinin 19 %-ni əhatə edib.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun geniş müsahibəsini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi