"Bu günə qədər 187 pomidor, 54 alma istehsal müəssisələrindən Rusiyaya məhsul ixracına icazə verilib".
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
Sədrin sözlərinə görə, hazırda Rusiyaya pomidor ixracına icazə verilən müəssisələrin ixrac potensialı 329 729 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184.5 %-ni təşkil edir: "Alma ixracına icazə verilən müəssisələrin ixrac potensialı isə 121 517 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66 924 ton alma məhsulunun 181.5%-i həcmindədir. Bu il alma ixracı keçən ilə nisbətən artıb".