Azərbaycanın dəstəyi ilə Gürcüstanda ceyranların sayı 150-yə çatıb

Azərbaycanın dəstəyi ilə Gürcüstanda ceyranların sayı 150-yə çatıb Gürcüstanda ceyranların populyasiyasının bərpası üzrə layihə uğurla davam etdirilir.
ASK
14 Dekabr , 2020 11:39
Azərbaycanın dəstəyi ilə Gürcüstanda ceyranların sayı 150-yə çatıb

Gürcüstanda ceyranların populyasiyasının bərpası üzrə layihə uğurla davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mühafizə olunan Ərazilər üzrə Agentliyindən bildirilib.

Məlumata əsasən, hazırda ceyranların sayı 150-yə çatıb.

Agentlikdən qeyd olunub ki, ceyran 1960-cı illərə qədər Gürcüstanda kifayət qədər geniş yayılsa da, urbanizasiya və brakonyerlik səbəbindən tükənib. 2013-cü ildə ceyranların populyasiyasının bərpası üzrə layihəyə start verilib. Azərbaycanın Şirvan Milli Parkından gətirilən 10 ceyran Samux vadisinə buraxılıb və onların populyasiyasının bərpası gürcü ekoloqlarının əsas prioritetlərindən birinə çevrilib.

Layihə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) təşəbbüsü, KfW bankının maliyyə dəstəyi və Azərbaycan hökumətinin fəal iştirakı ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi