Azərbaycan kakao məhsullarının idxalını 15%-dək artırıb

Azərbaycan kakao məhsullarının idxalını 15%-dək artırıb Gömrük Komitəsi bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların idxal-ixrac göstəricilərini açıqlayıb
ASK
24 Mart , 2021 15:36
 Azərbaycan kakao məhsullarının idxalını 15%-dək artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların idxal-ixrac göstəriciləri açıqlanıb.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 % artaraq 13,3 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə kakao və ondan hazırlanan məhsulların idxalı Azərbaycanın ümumi idxalının 0,83 %-ini təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın kakao və ondan hazırlanan məhsulların ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 % azalaraq 673 min ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi