Bu ilin yanvar ayında Azərbaycan 22 milyon 512 min ABŞ dolları dəyərində 42 min ton meyvə-tərəvəz idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8 mln 095 min ABŞ dolları ( 56,1 %) və 13 353 ton (46,4 %) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz idxalı Azərbaycanın ümumi idxalının 2,86 %-ni təşkil edib.