Bir ildən çoxdur ki, Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinə aid "Aqrar Tədarük və Təchizat" ASC-nin dəstəyi ilə "Şəhərdən Kəndə" layihəsi həyata keçirilir.
"Report"un məlumatına görə, layihənin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
İndiyə qədər layihəyə qoşulmaq üçün 200-ə yaxın aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib. Layihənin icrasına başlanılan gündən etibarən müxtəlif regionlarda olan fermer təsərrüfatlarına 40-dan artıq aqrotur təşkil olunub. Bu turlara ümumilikdə 900-dən çox turist qoşulub ki, onların da 170-ə yaxını əcnəbi turistlərdir.
Bəs layihəyə necə qoşulmaq olar? Fermer təsərrüfatları hansı meyarlar əsasında qiymətləndirilir? Bir sözlə, azərbaycanlı fermerlər şəhərdən kəndə gələnlərdən necə və nə qədər pul qazana bilərlər? Bu məsələlərlə bağlı "Report"un suallarını “Aqrar Tədarük və Təchizat”ın nümayəndəsi Qalib Bəhramov cavablandırıb.
Layihəyə qoşulmaq çox asandır
Onun sözlərinə görə, yerli və xarici turistləri təsərrüfat fəaliyyəti barədə məlumatlandırmaq, aqroturizmdən pul qazanmaq istəyən fermerlər bunun üçün məxsusi yaradılmış internet səhifəsinə -
Təsərrüfat sahibi aqroturizmə psixoloji baxımdan hazır olmalıdır
Q.Bəhramov onu deyir ki, qeydiyyata alınmış sahibkarların fermer təsərrüfatlarına baxış keçirilərkən bir sıra amillər nəzərə alınır. Bunlar təsərrüfatın harada yerləşməsi, orada nə əkilməsi, ərazidə kommunal xidmətlərə əlçatanlıq, eləcə də təsərrüfat sahibinin aqroturizmə psixoloji baxımdan hazır olub-olmamasıdır. Mütəxəssislər bütün bu amilləri nəzərə alaraq qiymətləndirmələr aparır və hesabatlar hazırlayır. Yekunda Seçim Komissiyası təsərrüfatın layihəyə uyğun hesab edilib-edilməməsi və yaxud gözləməli olması barədə qərar qəbul edir.
Onun sözlərinə görə, layihə çərçivəsində ilkin olaraq turizm marşrutlarının üzərində yerləşən təsərrüfatlarla birgə fəaliyyət hədəflənib. Odur ki, layihəyə qoşulmuş təsərrüfatların böyük hissəsi ölkəmizin şimal, şimal-qərb və cənub regionlarını əhatə edir. Gələcəkdə əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır.
Bu işdə aylıq gəlir sabit deyil
Q.Bəhramov aqroturizmdəki aylıq gəlir barədə isə bunları deyilb: "Həmin məbləğ sabit deyil və təsərrüfatların qonaq qəbul etmək imkanlarından, təklif etdikləri xidmətlərdən və hətta fəsillərdən asılı olaraq dəyişir. Benefisiarlarımız orta hesabla ayda 300-500 turist qəbul edir, istehsal etdikləri kənd təsərrüfatı və qida məhsullarını onlara satmaqla pul qazanır".
Sonda aqroturlar barədə
Nazirlik rəsmisi aqroturların keçirilməsi başlanılması məsələsinə toxunub: “Ötən il layihənin icrasına başlanılanda insanların aqroturizmlə tanışlığının artırılması məqsədi ilə müəyyən qruplarla aqroturlar təşkil edilirdi. Bu turlar media nümayəndələrinin, diplomatik korpus nümayəndələrinin, məktəblilərin, könüllülərin və sosial media üzərindən verilən elanlar vasitəsilə müraciət edən vətəndaşların iştirakı ilə baş tutub. Lakin əvvəlcədən hazırlanan plana uyğun olaraq bu turların əsasən turizm şirkətləri vasitəsilə reallaşdırılması nəzərdə tutulurdu. Hazırda da turlar bu istiqamətdə davam edir. Layihəyə müraciət etmiş, təlimlər modulunu uğurla tamamlamış və layihə benefisiarı olan təsərrüfat sahiblərinin profilləri
Təsərrüfatlar barədə məlumatlar, eyni zamanda, mütəmadi olaraq tur şirkətləri və agentliklərlə də paylaşılır. Belə ki, fərdi turizm şirkətləri və agentliklər birbaşa həmin təsərrüfatlarla əlaqə qura və aqroturlar təşkil edə bilərlər. Turlar barədə məlumatlar layihənin sosial media hesablarında işıqlandırılır. Həmçinin həyata keçirilməsi planlaşdırılan turlar barədə məlumatlar elan şəklində layihənin saytında yerləşdirilir. Yəni turda iştirak etmək istəyən şəxslər