“Azərçay” yeni məhsullarını təqdim edir

“Azərçay” yeni məhsullarını təqdim edir “Azərçay” sağlamlıq üçün faydalı məhsullarını təqdim edir
ASK
15 Mart , 2021 14:13
 “Azərçay” yeni məhsullarını təqdim edir

Doğma çay “Azərçay” sağlamlıq üçün faydalı olan yeni məhsullarını alıcılarına təqdim edir. 6 fərqli, bir-birindən özəl bu çaylar həyatınızın bir parçasına çevrilərək, sağlamlığınızın qeydinə qalmaq üçün xüsusi hazırlanıb.

"Report" xəbər verir ki, “Azərçay”ın təbiətdən ilhamlanaraq hazırlanan 100 faiz təbii, hər qurtumunda yaxşılıq bəxş edən, yeni təbiətin sehri çay seriasından olan çayların ilki “4 fəsil - immunitet çayı”dır. Bu məhsul vasitəsilə özünüzü hər zaman güclü hiss edib, zərərli infeksiyalardan qoruna bilərsiniz. Sağlamlığa zərər verən infeksiyalardan qorunmanın ən təsirli yolu bol vitamin qəbul etməkdir. Mövsümdən asılı olmayaraq sizi infeksiyalardan qoruyan “Dörd fəsil çayı” vücudunuzu lazımi vitaminlərlə təmin edir. Bu çay təbiətdən ilhamlanan təbii otlardan istifadə edərək hazırlanıb.

“Həzm çayı” çayı vasitəsilə özünüzü gümhar, yüngül hiss etmək, gündəlik sağlamlıq problemi olan şişkinliyi rahatlıqla aradan qaldırmaq mümlündür. Həzmi asanlaşdırmağa kömək edən bu çay, təbiətin sehri olan faydalı bitkilərlə hazırlanır.

Yeni çay seriasından üçüncüsü olan “Relaks çayı” gün boyu rahatlıq, sakitlik sizi müşayət etsin deyə hazırlanıb. Bu çayın tərkibindəki təbii azaldıcı maddələr rahatlığınızın bir zəmanətidir. Bu çay da təbiətdən ilham alaraq hazırlanıb ki, fincanınızda təbiətin sehrini hiss edə biləsiniz.

Növbəti - “Detoks çayı” bədəni zərərli toksinlərdən təmizləməyə kömək edən təbii dərmandır. Sağlam və təmiz bədənə sahib olmaq üçün mütəmadi olaraq bu çay çeşidindən istifadə etməyiniz tövsiyə edilir. Bu çayı bədəninizin təbii dostu da hesab etmək olar.

Ana südünün təbii yolla artırılması üçün “Azərçay” “Yeni Analar çayı”nı təqdim edir. Körpələrin sağlam gələcəyi üçün ana südünü artıran bu faydalı və təbii çayı yeni analar gündəlik qida rasionlarına əlavə edə bilər.

Qadınların özəl günlərində narahatlıq onlardan uzaq olsun deyə hazırlanan “Özəl gün çayı” bədəni rahatladır, bədən ağrısını minimuma endirir. Bu çay da digərləri kimi zərərli kimyəvi üsullarla deyil, təbiətdən ilham alaraq təbii üsullarla hazırlanıb.

Təbiiliyi sevən, sağlamlığını düşünən, təbiətin dadını duymaq istəyənlər, “Azərçay”ın təqdim etdiyi bu çaylarla təbiətin sehrinə düşəcək. Məhz, bu çayların hər qurtumunda yaxşılıq var.

Son xəbərlər

Orphus sistemi