Bakıda Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası başa çatıb

Bakıda Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası başa çatıb Bu gün Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası başa çatıb.
ASK
1 İyul , 2024 12:56
Bakıda Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası başa çatıb

Bu gün Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası başa çatıb.

"Report" xəbər verir ki, iclasın yekununda protokol imzalanıb.

Sənədə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Bolqarıstan tərəfdən həmsədri isə bu ölkənin energetika naziri Vladimir Malinov imza atıb. Protokol bir sıra sahələrdə geniş əməkdaşlığı əhatə edir.

Son xəbərlər

Orphus sistemi