Azərbaycan və Qazaxıstan aqrar məhsulların birgə ixracını müzakirə edəcək

Azərbaycan və Qazaxıstan aqrar məhsulların birgə ixracını müzakirə edəcək Azərbaycanla Qazaxıstan emal edilmiş kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda ixracı üçün müzakirələr aparmalıdır.
ASK
25 İyul , 2024 11:47
Azərbaycan və Qazaxıstan aqrar məhsulların birgə ixracını müzakirə edəcək

Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı məhsullarının dünya bazarına birgə ixracını müzakirə edəcək.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumunda deyib.

"Bugünki tədbir iki ölkə arasında aqrar sahədə əlaqələrin inkişafına töhfə verəcək, əməkdaşlığı genişləndirəcək. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq sahələri genişdir, o cümlədən beynəlxalq səviyyədə əməkdaşlıq edirik. Azərbaycan Qazaxıstandan buğda alır. Bu gün forumda bir sıra sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak edirlər", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi