Bakıda qida məhsullarının istehsalı 5%-dən çox artıb

Bakıda qida məhsullarının istehsalı 5%-dən çox artıb Artım əsasən kolbasa məmulatların, şirin peçenye, insanın qidalanması üçün yararlı olan duz istehsalında müşahidə olunub.
ASK
4 Noyabr , 2020 10:34
Bakıda qida məhsullarının istehsalı 5%-dən çox artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 1 mlrd 332,6 mln manat dəyərində məhsul istehsal edilib.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 5,5% artım, içki istehsalında 5%, tütün məmulatlarının istehsalında isə 61,2% azalma müşahidə olunub.

Əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatları istehsalı 73,9%, şirin peçenye istehsalı 52,9%, insanın qidalanması üçün yararlı olan duz istehsalı 7,3% artıb.

Son xəbərlər

Orphus sistemi