Biləsuvarda bu il vələmir sahələri 23 dəfədən çox artırılıb 

Biləsuvarda bu il vələmir sahələri 23 dəfədən çox artırılıb  Bu mövsüm Biləsuvar rayonunda vələmir sahələri 23 dəfədən çox artırılıb.
ASK
7 İyul , 2024 14:49
Biləsuvarda bu il vələmir sahələri 23 dəfədən çox artırılıb 

Bu mövsüm Biləsuvar rayonunda vələmir sahələri 23 dəfədən çox artırılıb.

Bu barədə "Report"un yerli bürosuna Biləsuvar Rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu il 324.9 hektar sahədə vələmir bitkisi əkilib. Ötən il bu rəqəm 14 hektara bərabər olub.

Vələmirin məhsuldarlığı isə ötən il hektara 20 sentner olub.

Qeyd edək ki, vələmir qırtıckimilər və ya taxıllar fəsiləsinə aid, boyu 50-170 sm-ə çatan, birillik ot bitkisidir.

Son xəbərlər

Orphus sistemi