Biləsuvarda çəltik yığımına başlanılıb

Biləsuvarda çəltik yığımına başlanılıb Biləsuvar rayonunda çəltik məhsulunun yığımına başlanılıb.
ASK
21 Noyabr , 2024 08:36
Biləsuvarda çəltik yığımına başlanılıb

Biləsuvar rayonunda çəltik məhsulunun yığımına başlanılıb.

Bu barədə "Report"un Muğan bürosuna Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il rayonun Səmədabad kəndində 555 hektar sahədə çəltik əkilib. Hazırda məhsulun yığımı aparılır. Hava şəraitinə görə məhsul bir qədər gec əkildiyi üçün yığımda da digər rayonlarla müqayisədə gecikmə olub.

Qeyd edək ki, çəltik Biləsuvar üçün qeyri-ənənəvi bitki hesab olunur. Ötən il rayon ərazisində çəltik bitkisi əkilməyib.

Həmçinin bu il 1,2 hektar sahədə rayon üçün qeyri-ənənəvi hesab edilən yabanı zəfəran da becərilib. Nəticədə 0,1 sentner məhsul əldə olunub.

Son xəbərlər

Orphus sistemi