Biləsuvar rayonunda bu il pomidorun məhsuldarlığı xeyli artıb.
Bu barədə "Report"un yerli bürosuna Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu il 667,7 hektar sahədə pomidor bitkisi əkilib. Nəticədə sahələrdən bu günə qədər 35 720 ton məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 552,1 sentner olub.
Qeyd edək ki, ötən il rayon ərazisində 228,63 hektar sahədə pomidor bitkisi becərilib və 9 738 ton məhsul əldə olunub, orta məhsuldarlıq 426 sentner təşkil edib.
Hazırda sahələrdə məhsul yığımı davam edir.