Biləsuvarda şəkər çuğundurunun məhsuldarlığı artıb

Biləsuvarda şəkər çuğundurunun məhsuldarlığı artıb Bu il Biləsuvar rayonunda şəkər çuğundurunun məhsuldarlığı artıb.
ASK
15 Oktyabr , 2024 07:48
Biləsuvarda şəkər çuğundurunun məhsuldarlığı artıb

Bu il Biləsuvar rayonunda şəkər çuğundurunun məhsuldarlığı artıb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində cari il 445 hektar sahədə şəkər çuğunduru əkilib. Nəticədə sahələrdən bu günə qədər 15 285 ton məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 468,1 sentner olub.

Qeyd edək ki, ötən il rayon ərazisində 198 hektar sahədə şəkər çuğunduru bitkisi becərilib. Cari ilin müvafiq dövrü ilə müqayisədə ötən il sahələrdən 8 923,4 ton məhsul əldə olunub və orta məhsuldarlıq 265,9 sentner təşkil edib.

Sahələrdən məhsulun yığımı davam edir.

Son xəbərlər

Orphus sistemi