Bu günə qədər 870 min hektar sahədə payızlıq taxıl səpilib

Bu günə qədər 870 min hektar sahədə payızlıq taxıl səpilib Bu il Azərbaycanda 1 037 507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır.
ASK
18 Dekabr , 2020 17:43
Bu günə qədər 870 min hektar sahədə payızlıq taxıl səpilib

Bu il Azərbaycanda 1 037 507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, bu sahələrin 564 793 hektarı suvarılan, 472 714 hektarı dəmyə sahələrdir.

2020-ci ildə 61 rayonda və Naxçıvan MR-da payızlıq əkin həyata keçiriləcək.

Bu günə qədər roqnozlaşdırılan əkin sahələrinin 93,9 %-də faktiki şum aparılıb, 869 682 hektar sahədə isə səpin işləri həyata keçirilib. Fermerlər 543 665 hektar sahədə buğda, 326 0178 hektar sahədə arpa səpib.

Artıq 28 rayonda payızlıq əkinlərlə bağlı şumlama prosesi tam başa çatıb, 13 rayonda isə faktiki şum göstəricisi 95 faizin üzərindədir. Əvvəlki illərdə olduğu kimi bu il də ən çox taxıl əkininin Cəlilabad (70 220 ha) və Şəki (67 000 ha) rayonlarında aparılacağı proqnozlaşdırılır. Kürdəmir (45 000 ha), Neftçala (43 000 ha), Şamaxı (42 000 ha), Füzuli (37 000 ha), Ağsu (35 380 ha), Biləsuvar (33 000 ha), Hacıqabul (33 000 ha), Qobustan (32 000 ha), İsmayıllı (30 000 ha), Ağcabədi (2 8324 ha) və Sabirabad (25 300 ha) rayonları ən çox taxıl əkini aparılması proqnozlaşdırılan rayonlar sırasındadır. Ölkə üzrə payızlıq taxıl əkinlərinin təxminən 50 %-i bu 13 rayonun payına düşür.

Bu il Naxçıvan MR-da ümumilikdə 36 880 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.

Payızlıq əkinlərlə əlaqədar şum işləri və taxıl səpininin optimal müddətdə yekunlaşması gözlənilir.

Son xəbərlər

Orphus sistemi