Bu il İmişlidə 215 hektar sahədə şəkər çuğunduru əkilib

Bu il İmişlidə 215 hektar sahədə şəkər çuğunduru əkilib Bu il İmişli rayonunda 214.7 hektar sahədə şəkər çuğunduru əkilib.
ASK
23 İyul , 2024 23:34
Bu il İmişlidə 215 hektar sahədə şəkər çuğunduru əkilib

Bu il İmişli rayonunda 214.7 hektar sahədə şəkər çuğunduru əkilib.

Bu barədə "Report"un yerli bürosuna İmişli Rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, ötən il isə, sözügedən bitkinin əkini aparılmayıb.

Qeyd edək ki, rayon ərazisində 2024-cü ilin məhsulu üçün 2023-ci ilin payızında 16 716 hektar sahədə taxıl səpini aparılıb. Həmin sahənin 7579,5 hektarını arpa, 9136,5 hektarını isə buğda sahələri təşkil edib. Həmçinin 96,6 hektar dən üçün qarğıdalı,46,7 hektar darı, 7033,7 hektar sahədə pambıq, 77,7 hektar sahədə kartof, 138,1 hektar sahədə tərəvəz, 324,6 hektar sahədə bostan və 1577,5 hektar sahədə cari yonca səpini aparılıb.

Son xəbərlər

Orphus sistemi