Bu il İmişli rayonunda 3 200 hektar sahədə təkrar əkin işləri aparılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, əkinin 90 %-ni darı təşkil edib. Darı ilə yanaşı qarğıdalı və sarqoda (süpürgə) becərilib. Təkrar əkin işləri əsasən heyvandarlıq təsərrüfatı üçün aparılıb.
Qeyd edək ki, yazlıq əkin dövründə rayonda 42 922,1 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib. Bunun 16 664,3 hektarı dənli və dənli paxlalı bitkilər, 77,7 hektarı kartof, 138,1 hektarı tərəvəz, 324,6 hektarı bostan bitkiləri, 214,7 hektarı şəkər çuğunduru, 7 033,7 hektarı pambıq və 18 469 hektari isə yemlik bitkilərinin payına düşüb.