2021-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 338 milyon 53 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
“Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bu dövr ərzində diri çəkidə ət istehsalı 15 333 ton, süd istehsalı 70 239 ton olub.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,8 faiz, süd istehsalı isə 1,7 faiz artıb.